Bakının Mərkəzi Univermağının qarşısında kişi özünü yandırmaq istədi

30-04-2014, 15:25   

Daxili İşlər Nazirliyinin qarşısında özünü yandırmaq istəyən şəxsin adı məlum olub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində intihara cəhd edən şəxsin Şükür Məmməd oğlu Məlikov olması müəyyən edilib.

Ş. Məlikov ilkin ifadəsində Yasamal Rayon Polis İdarəsindən şikayətçi olduğu üçün bu addımı atdığını qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Bu gün saat 12:30 radələrində Bakıda Mərkəzi Univermağın qarşısında kişi inthara cəhd edib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 35-40 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib. Lakin polislərin müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb.

İntiharın səbəbləri barədə hələlik məlumat almaq mümkün olmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.