Erməni əsilli boksçu qayda pozsa da erməni hakim döyüşü dayandırmayıb
Pasport Peşəkar boksçumuz Rauf Ağayev növbəti uğurlu döyşünü keçirib.
WBCA (Dabyu bi si ey) və WBS (dablyu bi si) Dünya və Avropa kəmərləri uğrunda keçirilən döyüşdə o, yenə də erməni rəqibini rinqə çıxmağa peşman edib.
Dünya və Avropa kəmərləri uğrunda keçirilən döyüş Rusiyanın Vladiqavkaz şəhərində baş tutub. Belə ki, milliyətcə erməni olan rusiyalı boksçu Ruslan Berçukla qarşılaşma Rauf Ağayevin üstünlüyü şəraitində keçib. İlk dəqiqələrdə həmyerlimizin güclü olduğunu hiss edən erməni əsilli boksçu adət etdikləri təxribata əl ataraq Rauf Ağayevə qaydalardan kənar zərbə endirib. Hakim də erməni olduğundan döyüşü dayandırmayıb. Lakin bütün bunların heç biri boksçumuzun gücünü sarsıtmayıb.
O, rəqibinin rinqdən başıaşağı çıxmasına nail olub. Vətənə qayıdan WBCA (Dabyu bi si ey) və WBS (dablyu bi si) dünya və Avropa kəmərləri sahibi Rauf Ağayev deyir ki, peşəkar boksda 16 döyüş keçirib. 15-i qələbə ilə bitib. Ruslan Berçuk həmyerlimizin peşəkar boks karyerası ərzində məğlub etdiyi ilk erməni boksçusu deyil. O, bu günədək qarşılaşdığı digər erməni idmançılarını da vaxtından əvvəl - nokautla məğlub etməyi bacarıb. Vətənə qayıtdıqdan sonra peşəkar boksçu şəhərin mərkəzində yerləşən Heydər Əliyev adına xatirə parkına gələrək idmanın inkişafı üçün daima diqqət və qayğı göstərmiş ümumilli liderin abidəsini ziyarət edib. Peşəkar boksçu növbəti döyüşünü də Ruslan Berçuka qarşı keçirəcək. Məğlubiyyəti həzm edə bilməyən erməni əsilli boksçu həmyerlimizi revanş döyüşünə dəvət edib.