Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasiminin keçirilməsi ilə yeni bir ənənənin təməli qoyulub. Başlayan bu ənənədə 3 yeni ailənin nikah mərasimi keçirildi.
İlk öncə gənclər Heydər Əliyev Mərkəzinin qarşısında Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla anıblar. Sonra Mərkəzdə yeni ailə quran gənclərin nikah aktının imzalanması mərasimi keçirilib. Doğmalarının da iştirak etdikləri mərasimdə ailə dəyərlərinin qorunmasının vacibliyini qeyd edilərək, yeni ailə quran gənclərə sağlam və xoşbəxt ailə həyatı, sevinc və səadət dolu günlər arzulanıb.
Mərasimdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova xalqımızın ailə dəyərlərini, ailə ləyaqətini həmişə hər şeydən üstün tutduğunu, bu gündə ailə məsələlərinin həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən biri kimi vurğulayıb.
Mərasimdə yeni ailə həyatı quran gənclərə rayon İcra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.