Rauf Mirqədirov həbsində indi də Rusiya xüsusi xidmətlərini ittiham edir

30-04-2014, 16:54   
Rauf Mirqədirov həbsində indi də Rusiya xüsusi xidmətlərini ittiham edir
Vəkil Fuad Ağayev bu gün MTN-in İstintaq təcridxanasında Ermənistanın xeyrinə casusluq etməklə dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirova baş çəkib.

Vəkil jurnalistin öz həbsində Rusiya xüsusi xidmət orqanlarını təqsirli bildiyini söyləyib: “ Belə ki, o, Rusiyanın siyasəti haqqında tənqidi materiallarına görə həbs edildiyini hesab edir.

Mirqədirov bütün casusluq ittihamlarını təkzib edir və istədiyi qəzetlərin heç birinin ona verilməməsindən şikayət edir. Eyni zamanda, ona yalnız rəsmi mətbuatı verirlər”.

Vəkil bunu informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirib.

Vəkil həmçinin bildirib ki, 5 gün əvvəl müraciət edilməsinə baxmayaraq, MTN jurnalistin valideynləri ilə görüşməsinə icazə verməyib. “Vəkillər aprelin 25-də həm işi aparan müstəntiqə, həm baş prokurorun müavini Rüstəm Usubova, həm də istintaq təcridxanasının rəisinə müraciət ediblər. Amma hələ ki, bizim müraciətlərə cavab verilməyib”, - deyə Ağayev bildirib.

Xatırladaq ki, Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılıb və ölkədən deportasiya olunub. Bakıya gəldikdən sonra o, təyyarədə həbs ediib və MTN-ə aparılıb. Növbəti gün onu Ermənistanın xeyrinə casusluqda ittiham ediblər.

Onu da xatırladaq ki, o, həbsinə görə ilk günlər gah Türkiyə, gah da Azərbaycan hakimiyyətini günahlandırırdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.