Abort etdirən qadınlar cəzalandırılacaq

30-04-2014, 20:23   
Abort etdirən qadınlar cəzalandırılacaq
“Azərbaycanda dölün cinsiyyəti məlum olduqdan sonra abort edənlər məsuliyyətə cəlb oluna bilər”. Bu barədə Milli Məclisinin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri qeyd edib ki, hazırda da mövcud olan qanunvericiliyə əsasən, dölün cinsi məlum olduqdan sonra abort etmək qadağandır, lakin bu məsələnin daha da ciddiləşdirilməsi nəzərdə tutulur.

Dölün cinsinin müəyyən etmək üçün ulturasəs müayinəsinin qadağan olunun-olunmaması məsələsinə toxunan H. Rəcəbli qeyd edib ki, ultura səs müayinəsi qadağan olunmaya bilər: “Ancaq cins məlum olduqdan sonra abortun qarşısının alınması məsələsi daha da sərtləşdiriləcək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.