Bekhemin oğlu "Arsenal"da oynayacaq - FOTO

9-11-2014, 18:25   



Bekhemin oğlu
Devid Bekhemin böyük oğlu “Arsenal” klubu ilə saziş bağlayıb. İngiltərə yığmasının keçmiş oyunçusu Devid Bekhemin böyük oğlu Bruklin Bekhem London “Arsenal”ında kariyerasına başlayıb.
Bekhemin oğlu "Arsenal"da oynayacaq - FOTO
15 yaşlı oyunçu ilə razılıq bu mövsümün sonuna kimi imzalanıb. Əgər Bruklin özünü müsbət tərəfdən göstərə bilsə, onunla çoxillik müqavilə imzalanacaq.

O da bildirilir ki, “Çelsi” və “Mançester Yunayted” klublarının ona marağına baxmayaraq “Arsenal” futbolçu ilə razılığa gələ bilib. Oyunçunun atası 14 il ərzində “qırmızı şeytanlar” üçün oynayıb və ehtimal olunurdu ki, Bruklin futbolla orada məşğul olmağa başlayacaq.

Bekhem ailəsinin böyük oğlu özünü daha əvvəl fotomodel kimi sınayıb. O, xüsusilə “Man About Town” (Elit təbəqə) jurnalı üçün çəkilib.

Bruklindən başqa London klubunun tərkibində Devid Bekhemin 12 yaşlı ortancıl oğlu Romeo da çıxış edir. O, 13 yaşdan yuxarı olmayan oyunçuların komandasını təmsil edir.t
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.