Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatına ağır zərbə vurulub.
terror təşkilatı əlindəki ən böyük neftayırma zavodunu itirib. İraq Müdafiə Nazirliyi ölkənin ən böyük neftayırma zavodunun olduğu Səlahəddin vilayətinin Beyci mahalının terror təşkilatından xilas edildiyini elan edib.
İraq Müdafiə Nazirliyindən bildirilib ki, Beyci mahalı İŞİD döyüşçülərindən tamamilə təmizlənib. Beycinin ikinci dəfə xilas edildiyi və çox sayda yaraqlının öldüyü qeyd edilib.
Bölgədəki digər şəhər və kəndlərdə əməliyyatların həyata keçirilməsi üçün hazırlıq işləri görülür. Digər tərəfdən İraq ordu qaynaqlarından alınan məlumata görə, Səlahəddin vilayəti sərhədlərində sentyabr ayında 389, oktyabrda isə 970 İŞİD-çi öldürülüb.