Qarın ağrısı şikayətilə həkimə gedən qadın hamiləliyindən xəbərsiz olub. Klinikada ayaqyoluna girən qadının qəfildən sancısı tutub və çətinliklə körpəni dünyaya gətirib.
Həmin vaxt növbədə olan həkim Qao Yuven gecə 01:00 radələrində koridorda gəzərkən qışqırıq səsi eşidib. Dərhal səs gələn tərəfə gedib və qadın səsinin ayaqyolundan gəldiyini görüb. Başqa bir qadın isə içəridə doğan qadına qapını açmasını söyləyirmiş.
Nəhayət, təhlükəsizlik işçiləri qapını qıraraq içəri giriblər. Qarşılaşdıqları mənzərə onları qorxudub. Belə ki, ayaqyoluna atılmış kiçik körpənin hələ göbək bağı ilə anasına bağlı olduğunu görüblər.
Xilas edilən ana və körpəsinin vəziyyətinin yaxşı olduğu bildirilir. Ananın şəxsiyyəti isə açıqlanmasa da, körpənin şəkilləri mətbuatda yayımlanıb.