Ata və oğul arasındakı problemlərə görə Mandi Kapristo günahlandırılıb
Türk əsilli futbolçu Məsut Özillə atası Mustafa Özil arasındakı qalmaqalın günahkarı tapılıb.
ata və oğul arasındakı problemlərə görə futbolçunun keçmiş sevgilisi Mandi Kapristo günahlandırılıb.
Mustafa Özil bildirib ki, alman müğənni ata və oğul arasına girərək münasibətlərini pozub: "Mandi bizim aramıza girdi və vəziyyəti bu həddə çatdırdı".
Almaniya mətbuatının məlumatına görə, Məsut anası Gülizarla boşanan atasından ayrılığa görə inciyib və hər şeyə görə onu günahlandırıb. Bundan sonra isə onu menecerliyindən kənarlaşdırıb və bütün hüquqlarını qardaşı Mutlu Özilə verib. Mustafa Özilin iddialarına görə, oğlu ilə arasının pozulmasına Mandi Kapristo səbəb olub.
Qeyd edək ki, ötən ilədək Məsut Özilin menecerliyini edən Mustafa Özilin sahib olduğu şirkət buna görə 630 min avro ödəməlidi. Futbolçu bu məbləği ödəmədiyindən atası onu məhkəməyə verib.