Tanınmış teleaparıcı Mikayıl Güləddinoğlu “Zəhmətkeş ulduzlar” verilişinin çəkilişi zamanı döyülməsi haqda yayılan xəbərlər aydınlıq gətirib. Bu barədə AzNews.az-a danışan aparıcı bildirib ki, sözügedən verilişin çəkilişi Ağcəbədi rayonunda baş tutub və onu döyməyiblər:
“Mən hazırda Bakıdayam, işlərimlə məşğulam. Orda da elə bir şey olmayıb, tamamilə yalandır. Verilişə baxanda tamaşaçılar özləri də görəcəklər”.
Qeyd edək ki, bu gün saytlarda “Sevimli şou”nun aparıcısının Ağcəbədidə çəkiliş zamanı bir nəfər ayon sakini tərəfindən döyüldüyünü yazıblar.