Mikayıl Cabbarov iki direktoru işdən çıxardı

1-05-2014, 15:00   
Mikayıl Cabbarov iki direktoru işdən çıxardı
Təhsil Nazirliyinə daxil olan şikayət və müraciətlər araşdırıldıqdan sonra bir neçə məktəb direktoru vəzifəsindən azad edilib. Bu barədə Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Cəsarət Valehov deyib. O bildirib ki, müəllimlərin dərs planının düzgün tərtib olunmamasına görə, Siyəzən rayon təhsil şöbəsinin müdirinə, böyük məsləhətçisinə və metodistinə töhmət verilib. Bundan başqa Tərtər rayon Evoğlu kənd məktəbinin direktoru tutduğu vəzifədən azad olunub. Buna səbəb məktəbdə 9-11ci sinif şagirdlərinin davamiyyəti aşağı olsa da bu barədə jurnallarda qeydiyat aparılmamasıdır. Həmçinin Laçının Ağgöl kənd məktəbində müəllimlərin dərs planının düzgün tərtib olunmaması və sinif jurnallarında səhvlərə yol verdiyinə, işə səhlənkar yanaşdığına görə işdən azad olunub. C. Valehov qeyd eib ki, rayonlarda şagirdləri məktəbə davamiyyətində şikayətlərlə bağlı araşdırma aparılır, işçi qrupu yaradılır. Digər rayonlarda bu problemlə bağlı aparılan araşdırmaların nəticələri açıqlanacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.