Bakıda Ferrari və Lamborginin satış nümayəndəliyi açılır

1-05-2014, 15:10   
Bakıda Ferrari və Lamborginin satış nümayəndəliyi açılır
Azərbaycanda satılan bahalı və lüks sportkarların siyahısına tezliklə yeniləri əvəz olunacaq. Iyunda Bakıda Ferrary və Lamborghini markalı maşınların satış nümayəndəliyi açılacaq. Hazırda marketinq şirkətləri nümayəndəliyin prezentasiyasına hazırlıq işləri aparırlar. Hər iki İtaliya istehsalı olan sportkarlar varlı və dəbdəbəli həyatın timsalı kimi tanınır. “Ferrari” 1947-ci ildən sürətli maşınların istehsalı ilə məşğuldu. “Lamborghini” şirkəti isə hazırda Audi-yə məxsusdu və əsası 1963-cü ildə İtaliyada traktor istehsalçısı tərəfindən qoyulub. Şirkət təmsilçiləri Azərbaycanda bu cür bahalı maşınların satılacağına əmindirlər. Dünya bazarlarında ən bahalı avtomobillərin ilk sırasında dayanan Ferrari maşınları saatda 100 kilometri 3 saniyəyə, 200 km 7 saniyəyə, 300 km isə 15 saniyəyə yığır. Lamborghini saatda 350 kilometr sürət yığa bilir. Moskvada hər iki markalı maşınların qiymətləri bir neçə milyon dollar civarındadı. Bakıda da oxşar qiymətlərin qüvvədə olacağı şübhəsizdi. Qeyd edək ki, Bakıda”premium” sinfə daxil olan Bentley, Maserati, Jaguar kimi maşınların təmsilçiliyi artıq mövcuddur və bu “Crystal Motors”a məxsusdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.