Erməni Apostol Kilsəsinin İstanbul partiarxlığının arxiyepiskopu Aram Atəşyan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündə olub.
Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı ermənilərə başsağlığı verməsi ilə bağlı keçirilən görüşdən sonra erməni arxiepiskop məcazi danışıb və problemin heç də çözülmədiyinə işarə vurub:
"Kimsə deyə bilməz ki, Anadolu torpaqları qana bulanmayıb. Ortada bir cəsəd var və bu cəsəd həddindən artıq iy verməyə başlayıb. Və hər kəs bu məsələdən narahatdır. İki toplumun yan-yana gəlməsi lazımdır. Necə dua edirlərsə etsinlər. Bu cəsədi çürümədən dəfn etmək lazımdır”, - deyə Aram Atəşyan bildirib.