Ukrayna böhranı: müharibə qaçılmazdırmı?

1-05-2014, 22:33   

Ukrayna qoşunları ölkənin şərqində nəzarəti hərbi texnikanın köməyilə bərpa etməyə səy göstərir.
Rusiya-Ukrayna münasibətlərində gərginlik artmaqdadır, tərəflər arasında qarşılıqlı ittihamlar daha aqressiv tərzdə səsləndirilməkdədir.
Ukrayna ilə həmsərhəd ərazilərdə Rusiya 40 minlik hərbi qüvvəsini cəmləşdirib.
Kiyev rəsmiləri isə ölkənin şərqində rusiyapərəst qüvvələrə qarşı "antiterror əməliyyatını" davam etdirir.
Diplomatiya sahəsində də gərginlik getdikcə dərinləşir.
Vaşinqton Rusiyanı yeni sanksiyalar yeridəcəyilə hədələyir, Rusiya isə Ukraynadakı rusların müdafiəsinə qalxmalı olacağını bəyan edir.
Bütün bunlar müharibə perspektivini qaçılmaz etmirmi?

Cavab mənfi olsa belə, silahlı münaqişənin bütün elementlərinin ortada olduğu göz qabağındadir.
Rusiya istənilən hərbi müdaxiləyə "sülyaratma əməliyytı" donu geydirəcək, rus qoşunları qısa bir zamanda hərəkətə gəlməyə hazır vəziyyətdədir.
Yəni müharibə perspektivi, bəlkə də qaçılmaz deyil, lakin Putinin fikirlərini oxumaq mümkün olmadığından, Rusiyanın hərbi əməliyyatlara başlaması riski qalmaqdadır.
Ukrayna hərbçilərilə rusiyapərəst separatçılar arasında vaxtaşırı silahlı toqquşmalar genişmiqyaslı hərbi əməliyyata zəmin yarada bilər.
Bu baxımdan, hadisələrin hansı inkişaf variantları ola bilər?
1. Rusiyanın tammiqyaslı müdaxiləsi

Rusiya qoşunları Ukraynanın şərq sərhədi boyu cəmləşdirilib.
Ukraynanın şərqində irimiqyaslı hücum əməliyyatı keçirmək üçün Rusiyanın kifayət qədər canlı qüvvəsi, hərbi texnikası və təchizatı var.
NATO rəhbərliyi güman edir ki, bu hücum cənub–qərb istiqamətində Odessa şəhərinədək, bəlkə, daha da irəliləyərək, Dnestryanı bölgəyədək davam edə bilər.
Bu halda Ukraynanın müqavimət göstərəcəyini, Rusiya hərbiyyəsinin isə partizan müharibəsilə üzləşəcəyini güman etmək olar.
2. Fasiləsiz sabitsizlik


Ukraynanın şərq rayonlarında inzibati binalar rusiyapərəst qüvvələr tərəfindən zəbt edilib.
Başqa bir variant Ukraynada rusiyapərəst qruplaşmaların səfərbər olunması, Ukrayna təhlükəsizlik qüvvələrilə özünümüdaiə qüvvələri adı altında hərəkət edən Rusiya xüsusi təyinatlı dəstələri arasında toqquşmaların davam edəcəyidir.
Bu taktikanın məqsədi Ukraynada xaos vəziyyətinin yaradılması, Kiyev hökümətinin ölkə daxilində vəziyyəti nəzarət altına ala bilməməsi təəssüratını yaratmaqdan ibarətdir.
Bu taktikanın təhlükəsi ondadır kı, məhdud miqyaslı hadisələr geniş əhatəli böhrana çevrilərək silahlı münaqişənin eskalasiyasına səbəb ola bilər.
3. Məhdud "sülhyaratma" əməliyyatı

Bu variant Moskva üçün, bəlkə, daha cəlbedici görünür.
Söhbət konkret rayonda "rusdilli" əhalini qorumaq məqsədilə məhdud miqyaslı müdaxilədən gedə bilər.
Rusiya bu cür hallarda beynəlxalq qanunvericiliyə əsaslandığını bildirsə də, Ukraynanın bu cür müdaxiləyə reaksiya verməyəcəyini təssəvvür etmək çətindir.
Nəticədə münaqişənin ərazisi genişlənə bilər və bu daha iri ərazilərin Rusiya tərəfindən ilhaqına gətirə bilər.

Rusiya Ukraynada rusdilli əhalinin haqlarını müdafıə edəcəyini bildirir.
Müharibənin heç də qaçılmz olmadığını bildirməklə yanaşı, eyni zamanda etiraf etmək gərəkdir ki, hadisələr qarşıdurmanın kəskinləşməsi istiqamətində inkişaf etməkdədir.
Son nəticədə sual hadisələrin hansı xətlə inkişaf edəcəyilə bağlıdır.
Həqiqətənmi Rusiya Ukraynanın şərq rayonları Krımı ilhaq etdiyi kimi nəzarəti altına götürmək niyyətindədir?
Moskva Ukraynaya müdaxilə etməklə iqtisadi çətinliklərə dözməyə qərarlıdırmı?
Bəlkə, Qərb Ukraynanın Rusiya üçün nə dərəcədə əhəmiyyətli olduğunu sadəcə, anlamır?
Mümkündürmü ki, Qərb siyasətçiləri prezident Putinin "Rusiyanın həyati strateji maraqlarının müdafiəsi" üçün hansı risklərə və hansı iqtisadi çətinliklərə dözməyə hazır olduğunu düzgün hesablamayıblar?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.