Dağıstan: "İki od arasında" xüsusi əməliyyata məruz qalanlar

1-05-2014, 22:42   

Səməndər kənd sakini olan qadın uşaqları ilə hərbi əməliyyat keçirilən zonanı tərk edir.
Dağıstanda artıq onlarla antiterror əməliyyatı (KTO) keçirilib. Rusiyada həmin əməliyyatlar barədə adətən xəbər bülletenlərindən məlum olur. "KTO zonası" daxilində nələrin baş verdiyi barədə isə adətən susmağa üstünlük verilir.
"KTO rejimi" Rusiyada 2006-cı ildən qüvvədə olan "Terrorçuluq əleyhinə mübarizə" qanunu ilə tənzimlənir.
Həmin qanuna görə, hüquq-mühafizə orqanları əməkdaşlarına əməliyyat zamanı geniş səlahiyyətlər verilir.
Bu cür əməliyyatın keçirilməsi zamanı vətəndaşların hüquqlarının kobud şəkildə pozulması barədə xəbərlər gəlməkdədir.
Söhbət Çeçenistandakı kimi, dinc əhaliyə qarşı kütləvi qətllərin törədilməsindən getməsə də, insanların axtarışa məruz qalması, insanı həbs etmək üçün səbəb tapmaq məqsədilə axtarış keçirilən yerə müxtəlif əşyaların atılması, insanların oğurlanması və işgəncəyə məruz qalması kimi hallar tez-tez baş verir.
"KTO rejimini" şərti olaraq 2 hissəyə ayırmaq olar: "KTO - xüsusi əməliyyat" və "KTO -təmizləmə əməliyyatı".
Birinci hissə barədə bəddi tərzdə uydurulmuş adlardan istifadə edərək danışaq.
Müharibə günü
Maşınlar yaşayış məntəqəsinə daxil olur. Silahlı maskalılar qapı-qapı döyüb sakinlərə evlərini tərk etmək əmri verirlər.
"KTO rejimi elan olunub, tezolun", deyirlər.
Qonşular əsgəri mühasirənin arxasına toplaşıb kamuflyajlı hərbçilərin söhbətlərindən nəsə anlamağa çalışırlar.

Dinc sakinlər "KTO rejimi" zonasından evakuasiya edilir
Bir azdan məlum olur ki, evlərdən birində 3 nəfər mühasirəyə alınıb, onlar "terrorçuluqda" şübhəli bilinirlər. Daha bir nəfər gənc evin sahibidir. Onun yoldaşı və oğlu yarım saat bundan əvvəl evi tərk ediblər. Cavan oğlanın atası telefonda oğlunu təslim olması üçün dilə tutur, lakin onun səyləri nəticə vermir.
Tüstü. Atışma. Şok vəziyyəti. Qonşular əməliyyat zamanı evlərinin yanğından məhv ola biləcəyindən narahatdırlar. Sakin üçün evin yanması əzab-əziyyət deməkdir. Yanmış ev üçün kompensasiya qəpik-quruş deməkdir.
Atışma sakitləşəndən sonra yaşlı ata öz-özünə pıçıldayir: "Hər şey bitdi". Onun üçün bu sakitlik oğlunun artıq həyatdan getməsi deməkdir.
Səhərisi gün "KTO rejimi" ləğv olunur, rəsmi KİV-lər isə növbəti "qanunsuz silahlı dəstə üzvlərinin" məhv edilməsi barədə məlumat yayır.
Uzun çəkən "КТО"
Ola bilsin ki, "КТО rejimi" bir gün yox, bir həftə yox, aylarla çəksin, necə ki, Gimrı kəndində bu olmuşdu.
Bu cür "KTO" əməliyyatlarına Çeçenistan hərbi kampaniyaları zamanı "təmizləmə" əməliyyatı deyirdilər.
Bu sözü Gimrı kənd sakinləri indi də tez-tez yada salırlar.
2007-ci ildən başlayaraq bu kənddə dəfələrlə xüsus rejim vəziyyəti elan olunub.
O zaman xüsusi rejim kənddə ilyarım çəkdi, 2013-cü ilin aprelində elan olunmuş əməliyyat rejimi isə hələ də davam etməkdədir.
2013-ci il aprelin 11-də yaxınlıqdakı meşədə başlamış atışma kəndin kənarına gəlib çatdı.

Gimrı kənd sakinləri "iki od içində" qalıblar.
Qumbara və güllə səslərindən yerli sakinlər vahimə içində evlərini tərk edib kənddən qaçdılar, əksəriyyət özü ilə heç bir əşyanı nəinki götürmək, bu barədə düşünmək üçün belə macal tapmamaışdı.
Onlar narahat gecəni 3 kilometrlik məsafədə yerləşən Vremennı kəndində keçirdilər.
Gimrı kəndində isə qumbara, atışma səsləri bir neçə gün davam etdi.
Hərbçilər bunu güya yaraqlıların qohumlarına mənsub olan evlərdə aşkar edilmiş hərbi silah-sürsatın partladılması ilə izah etdilər.
Eyni hərəkəti güc strukturları mayın 6-da Buynaksk şəhərində də təkrar etdilər, orada yaraqlıların ailələrinin yaşadığı 3 ev partladılıb məhv edilmişdi.
Çeçenistanda olduğu kimi, Gimrı kəndində də, sakinlərin sölərinə görə, hərbçilər onların evlərindən ayaqyolu kimi istifadə ediblərmiş. Atışmadan hürkmüş halda ətrafa səpələnən mal-qara isə yoxa çıxıb, ya acından tələf olub.
Bununla belə Gimrı kənd sakinləri hesab edirlər ki, əvvəlki illərə nisbətən hərbçilər yerli əhaliyə daha, belə demək olarsa, mərhəmətli yanaşıb.
Gimrı sakinlərinin əsas problemi onların "iki od içində" olmasıdır. Demək olar kı, hər bir sakinin yaraqlılarla uzaq ya yaxın qohumluğu var.
Qafqazda isə öz yaxınını heç kim satmaz. Hətta bunu Dağıstanın rəhbəri xahiş etsə də belə.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.