Rusiya Ukraynaya kömür ixracını dayandırdı

25-11-2014, 10:04   

Rusiya Ukraynaya kömür ixracını dayandırıb.

“APA-Econonomics”in “Reuters” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinin məlumatında qeyd olunur.

Nazirliyin məlumatında bildirilir ki, Rusiya tərəfinin bu addımı Ukraynanın istilik elektrik stansiyalarında kömür defisiti müşahidə olunan bir vaxtda atılıb.

Qeyd edək ki, Ukraynadakı kömür mədənlərinin 60%-i Donetsk və Luqansk vilayətlərindəki separatçıların nəzarətindədir. Bununla əlaqədar, ölkənin əksər enerji təchizatı ilə məşğul olan şirkətləri kömür idxalına başlayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.