Rusiya Ukraynanın öz təsir dairəsindən çıxacağından qorxur.
Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş Xarici İşlər naziri Boris Tarasyuk söyləyib.
O, Ukraynanın NATO-ya üzv olacağı təqdirdə Rusiyanın geosiyasi hökmranlığına son qoyulacağını bildirib:
“Rusiya Ukraynanın təsir dairəsindən çıxacağından və Ukrayna üzərində dominantlıq imkanını itirəcəyindən qorxur. Bu səbəbdən Ukraynanın Avropa İttifaqı və ya NATO-ya üzv olması Rusiyanın geosiyasi xəyallarının sonu deməkdir”.
Qeyd edək ki, NATO-nun 28 ölkəsinin Xarici İşlər nazirinin görüşü dekabrın 2-də Brüsseldə keçiriləcək