Avstriyanın 2-ci Liqasında SV Horn forması geyən Andreas Şikerin əlini kəsiblər.
Publika.az-ın məlumatına görə, ötən gün əlində fişəng partlayan futbolçu sol əlini itirib.
Hadisə 28 yaşlı futbolçunun evində baş verib. Partlayış səsinə evə girən polis Şikeri və həyat yoldaşını yaralı vəziyyətdə tapıb. Dərhal hər iki şəxs təcili yardımla xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq futbolçunun sol əlini xilas etmək mümkün olmayıb. Sol əli amputasiya olunan Şikerin sağ əlinin də kəsilmə təhlükəsi olduğu bildirilir.