«Şirvan regional elektrik şəbəkəsi”ndə şok yeyinti faktı - Hesablama Palatası 35 milyon manatlıq yeyintini ört-basdır edir

2-05-2014, 14:24   
«Şirvan regional elektrik şəbəkəsi”ndə şok yeyinti faktı - Hesablama Palatası 35 milyon manatlıq yeyintini ört-basdır edir
«Şirvan regional elektrik şəbəkəsi” bir mövsümdə dövlət büdcəsinə 35 milyon manat ($ 44,64 milyon) az vəsait ödəyib.

Azərbaycan Respublikası Hesablama Palatasının ötən il üçün hesabatına əsasən, Vergilər Nazirliyi ilə birgə audit zamanı 3 iri oğurluq hadisəsi aşkarlanıb. Birinci halda, 4,7 milyon, ikinci halda 17 milyon, üçüncü halda 13,3 milyon manat oğurlanıb.

Pozuntuya səbəb maliyyə intizamına nəzarətin olmamasıdır, deyə AHP ekspertləri bildirir. Vergidən yayınmaya iri debitor borcu, vergi ödənişində gecikmə və real mənfəətin gizlənməsi kömək edib.

Audit bunu kiçik maliyyə pozuntusu (unutqanlıq) kimi qiymətləndirib, rəhbərliyə tapşırıb ki, borcu qısa müəddətə ödəsin.

Əslində bu faktlara görə, "Azenerji" prezidenti Etibar Pirverdiyev başda olmaqla onlarla məmura cinayət işi açılmalı idi. Amma görünəni odur ki, həmin milyonlar tək yeyilməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.