Səhiyyə Nazirliyindən ötən gün Yevlax rayonunun Xaldan kənd xəstəxanasında baş verən ana və uşaq ölümü ilə bağlı açıqlama veriblər.
Nazirliyin mətbuat xidmətiindən ANS PRESS-ə bildiriblər ki, Səhiyyə Nazirliyininin Doğuşa Yardım Komissiyası tərəfindən hadisə ilə əlaqədar araşdırma başlanıb. Araşdırmadan sonra ölümün səbəbləri barəsində açıqlama veriləcək.
Xatırladaq ki, ötən gün Azərbaycanda yenə də doğuş zamanı ana və övladı ölüb. Hadisə Yevlax rayonunun Xaldan kənd xəstəxanasında baş verib.
Belə ki, Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova doğuş üçün Xaldan kənd xəstəxanasına gətirilib. Doğuşu Qiyafət Məmmədova həyata keçirib.
Doğuş təbii üsulla həyata keçirilib. Lakin bu zaman uşaq və ana dünyasını dəyişib.
Məsələ ilə əlaqədar xəstəxananın mamaçası Qiyafət Məmmədova bildirib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib. Bu zaman uşaq havasızlıqdan boğulub. Ana isə çox qan itirdiyi üçün ölüb. Pərvanə Qurbanovanın Mingəçevir Dram Teatrının aktrisası olduğu bildirilir.