Deputatdan çağırış - Leyla Yunusun vətəndaşlığı alınsın

2-05-2014, 14:31   
Deputatdan çağırış - Leyla Yunusun vətəndaşlığı alınsın
"Leyla Yunusun vətəndaşlığı əlindən alınmalıdır". Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Parlamentin bu günki plenar iclasında çıxışında bildirib ki, Azərbaycanda erməni kəşfiyyatına işləyənlərin adları bəlli olub və onların arxasında antiazərbaycan qüvvələr durur.

“Leyla Yunus antiazərbaycan qüvvələri və ermənilərlə birgə Azərbaycana qarşı mübarizə aparır. Necə olur ki, belə insanlara 5 illik viza verilir? Mən bütün millət vəkillərinə və ictimayyətə müraciət edirəm ki, bu məsələyə həssas yanaşsınlar”.

Milli Məclisin deputatı Musa Qasımlı isə polis haqqında qanuna əlavələr edilməsinə zərurət yarandığını qeyd edib. O bildirib ki, polisin gözdən düşməyinə imkan verməməliyik.

"Dövlətimizin mühüm orqanı olan polisin son zamanlar alçaldılması və papağının ayaqlar altına atılması fikrimcə ictimaiyyət tərəfindən şiddətlə qınanılmalıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.