Müsavat mitinqi mayın 11-nə təyin edir

2-05-2014, 14:59   
Müsavat mitinqi mayın 11-nə təyin edir
Məlum olduğu ki, həbsdə olan NİDA-çılara dəstək məqsədi ilə Müsavat Partiyası mayın 4-nə mitinq təyin etmişdi. Lakin partiyanın müraciət etdiyi siyasi təşkilatlar və QHT-lər vaxtın dəyişdirilməsini istəmişdilər. Və bu səbəbdən də aksiya məsələsi gündəmdə qalsa da, yeni vaxt təyin olunmamışdı.

Müsavat Partiyası müttəfiqləri və digərləri ilə apardığı məsləhətləşmələrdən sonra mitinqlə bağlı yekun qərar verib. Belə ki, partiya NİDA-çı gənclərə dəstək mitinqi mayın 11-də keçiriləcək. Bununla bağlı məktub isə Bakı Şəhər İcra Hakimiyyətinə bu gün göndəriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.