Ukrayna xüsusi təyinatlıları Slavyansk şəhərinin böyük hissəsini nəzarətə götürüb. Ukrayna Hərbi-Siyasi Araşdırmalar mərkəzinin rəhbəri Dmitriy Tımçuk bildirib ki, Ukrayna qoşunlarının bu səhər Slavyanskda başladıqları anti-terror əməliyyatı zamanı rusiyameyilli separatçılar ələ keçirdikləri ərazilərdən çəkilmək məcburiyyətində qalıblar.
Onun sözlərinə görə, hazırda separatçıların yaratdıqları postlar dağıdılır. Artıq şəhər telemərkəzi terrorçulardan təmizlənib: “Terroristlər qaçmağa çalışırlar. Seperatçıların əsas müqavimət məkanları şəhərin cənub-şərqində qeydə alınıb”.
[media=http://www.youtube.com/watch?v=WxlIV1xXV9Q]