Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda vəhabilər Azərbaycan dövlətinə rəsmən meydan oxudu- "QMİ özlərinə şiə yolu seçdiyinə görə biz onları özümüzə rəhbər kimi qəbul edə bilmərik"

17-04-2014, 20:26   
Bakıda vəhabilər Azərbaycan dövlətinə rəsmən meydan oxudu
Aprelin 17-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda Aşurbəy (Ləzgi) məscidi nümayəndələrinin mətbuat konfransı keçirilib.
Hafta.az-ın tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, “Ləzgi” məscidinin hüquqşünası Elman Osmanov bildirib ki, son zamanlar mediada həmin məscidin qanunsuz fəaliyyət göstərdiyi haqda məlumatlar yayımlanıb:
"Biz dövlətə və hökumətə qarşı deyilik. Salyan rayonunda vəhşicəsinə döyülən, əmlakı dağıdılan qardaşlarımız var. Ölkəmizdə daha çox şiəlik yayılmasına baxmayaraq, sünnilər də az deyil. Dindarların 35%-i sünnilərdir. Buna baxmayaraq, biz heç kimə demirik ki, kim üstündür. Heç kimlə mübahisə etmək fikrimiz də yoxdur. QMİ rəhbəri tərəfindən fikir səsləndirilib ki, qanunu pozan hər bir şəxs cəzasını çəkməlidir. Bu doğru məsələdir. Amma indi sünni sözün əvəzinə daha çox vəhhabi işlədilir. Biz özümüzü vəhhabi saymırıq. Bizim dini rəhbərimiz yoxdur. QMİ özlərinə şiə yolu seçdiyinə görə biz onları özümüzə rəhbər kimi qəbul edə bilmərik. Biz şiə namazı qıla bilmərik".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar