Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
ANS PRESS-in Penitensiar xidmətin ictimail əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, xidmətin Mühafizə Alayının döyüş hazırlığının artırılması, şəxsi heyətin xüsusi texnikadan istifadə qabiliyyətinin təkmilləşdirilməsi və eləcə də mümkün kütləvi iğtişaşların qarşısının alınmasında istifadə olunması məqsədilə zirehli maşın alınıb.
Qeyd edək ki, zirehli texnika Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Cihazqayırma zavodunun istehsalıdır.