Demək olar ki, ilin bütün fəsillərində satışda müxtəlif meyvə və tərəvəzlər görürük. Bəzi hallarda onların görünüşünə aldanıb nəfsimizə qalib gələ bilmirik. Amma mütəxəssislər hər dəfə bu qidalardan uzaq durmağı təkidlə məsləhət görürlər. Bəs onların bu məsələdə bu qədər narahat olmasının səbəbi nədir? Mütəxəssislərin sözlərinə görə, təbi yolla yetişdirilən meyvə və tərəvəzlərin tərkibindəki vitaminlərə sünii formada yetişdirilən qidalarda rast gəlmək mümkün deyil. Onlar nəinki orqanizm üçün xeyirlidir, əksinə yüksək istilik şəraitində yetişdirilən bu qidalar bəzi hallarda lazım olandan daha artıq şüalanmaya məruz qaldığı üçün onlar sağlamlığımız üçün təhlükəlidir. Buna görə də xüsusən də hamiləlik dövründə bu kimi qidalardan istifadə edilməsi qətiyyən məsləhət görülmür. Çünki bu zaman zərərli qidalar yalnız bir insanın deyil, iki insanın sağlamlığına zərər yetirir. Eləcə də bu kimi qidalar ata namizəd tərəfindən istehlak edildikdə gələcək körpənin sağlamlığı üçün təhlükəli hesab edilir.
Mütəxəssislərin sözlərinə görə, orqanizmimizi qış aylarında yığılan toksinlərdən təmizləmək üçün meyvə və tərəvəzlər ən mükəmməl vasitədir. Xüsusən mövsümündə yeyilən bu qidalar orqanizmi daha da cavanlaşdırır və daha aktiv həyat şəraiti keçirməyimizə yardımçı olur. Bəs hansı meyvə, tərəvəzlər hansı ayda yeyilməlidir? İndi isə bu sualı aydınlaşdırmağa çalışaq.
Aprel ayında kök, noxud, təzə sarımsaq, soğan;
Mayda çiyələk, badımcan, pomidor, ərik ;
İyunda təzə kartof, kahı, təzə paxla, bibər, şüyüd,
İyul və avqust aylarında isə albalı , vişnə , qarpız , ərik , təzə sarımsaq , qovun , üzüm, tut və bu kimi vitaminli qidalara üstünlük verilməsi daha məqsədəuyğun hesab edilir.