Rusiya BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasını çağırtdırmaq qərarına gəlib. Bu barədə Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəliyindən bildirilib. Moskva bunu Ukraynanın cənub-şərqində rəsmi Kiyevin antiterror əməliyyatına başlamasından sonra yaranan situasiya ilə əlaqələndirib. Toplantının gecə saatlarında başlayacağı gözlənilir.