Odessada rus separatçıları məğlub edildi

3-05-2014, 14:37   

"Odessada vəziyyət qismən sabitləşməyə başlayıb. Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə edilən, separatçı təxribat ocağı və qrupları artıq yoxdurlar. Rusiya bayraqları, Georgiyevsk lentləri gəzdirən şəxslər ya həbs ediliblər ya da qaçıb gizləniblər."
Bunu açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov bildirib. O , qeyd edib ki, Odessada Ukraynanın suverenliyini xalq özü bərpa etdi.

"Əks-təqdirdə Odessada da Rusiyameylli separatçılar, inzibati binaları ələ keçirib "qondarma respublika" elan edeçəkdirlər. Rusiya xüsusi xidmət orqanları və rəsmi Moskvanın emissarları Odessada məğlubiyyətə uğradılar. Əgər Rusiya Odessada münaqişə yarada bilsəydi Ukrayna Hərbi Dəniz Qüvvələrinin İliçevsk və Odessa limanınlarında dislokasiya olunan hərbi qüvvələri, gəmiləri faktiki rəsmi Kiyevin nəzarətindən çıxacaqdı. Çoxsaylı ölənlər var. Odessada hazırda Ukrayna Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun xüsusi istintaq qrupu işləyir. Odessada sepratçıların darmadağın edilməsini artıq qələbə hesab etmək etmək olar. Məhz Ukrayna xalqı Odessada Rusiyanın burnunu ovdu. Rusiyameyilli təxribatçılar məğlub edildilər."
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.