Azərbaycanda yanğın təhlükəsizliyi və əmlakın yanğından sığortasının üstünlükləri ilə bağlı məsələlər Fövqəladə Hallar Nazirliyinin (FHN) nümaynədələri ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramovun görüşündə müzakirə edilib.
ASA-dan anaxeber.info-a verilən məlumata görə, görüşdə daşınmaz əmlakın icbari sığortası və yanğın təhlükəsizliyinə qarşı tədbirlər diqqət mərkəzində saxlanılıb. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhalinin maarifləndirilməsi sahəsində birgə tədbirlərin keçirilməsi qərara alınıb. Eləcə də, yanğın təhlükəsizliyinin yüksəldilməsi və yanğının qarşısının alınması məqsədilə yeni innovativ qurğulardan istifadə və onun təbliği müzakirə obyekti olub.