İraqın paytaxtı Bağdadın qərbində yerləşən Əbu Qureyb mahalında 6 min ev sular altında qalıb. "Felluce" su anbarının daşması nəticəsində 6 min ev sular altında qalıb, çoxlu sayda ailə bölgəni tərk edib. İŞİD terror təşkilatı aprel ayının əvvəlində anbardan gələn suyun qarşısını alıb, daha sonra anbarın ağzını açıb. Nəticədə anbarın qapalı qaldığı müddətdə kifayət qədər anbara su toplanıb.