Hindistan hakimiyyəti müsəlmanların qətlinə ordu ilə reaksiya verdi

4-05-2014, 12:05   
Hindistan hakimiyyəti müsəlmanların qətlinə ordu ilə reaksiya verdi
Hindistan hakimiyyəti ölkənin şərqində yerləşən Assam ştatına ordu yeridib. Buna səbəb bölgədə 32 müsəlman sakinin qətlə yetirilməsi olub. Polis artıq 20-dən çox şübhəlini saxlayıb.

Bodo tayfasına məxsus yaraqlılar həmin müsəlmanları qeyri-qanuni olaraq, qonşu Banqladeşdən Hindistana keçməkdə və onların torpaqlarını zəbt etməkdə ittiham edərək, kütləvi halda güllələyib. Hazırda Assam ştatında komendant saatı tətbiq edilib.

Yerli hüquq-mühafizə orqanının məlumatına görə, qətlə yetirilənlərin azı 8-i qadın, 8-i isə uşaqdır.

Son 30 ildə Hindistanın Assam ştatında 10 mindən çox insan öldürülüb. Onların əksəriyyəti dinc sakindir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.