Bu ölkədə qızların bakirəliyini həkimlər yoxlayır (FOTO)

22-12-2014, 16:40   

"Qoy həkimlər baxsınlar, əgər məsumdursa, ailəmi saxlayacağam"
Hər il çox sayda tacik qadın bakirəliyin tibbi müayinəsindən keçmək üçün xüsusi idarələrə baş çəkir. Qadınlar həmçinin tez-tez himenoplastika – qızlıq pərdəsinin bərpası əməliyyatına müraciət edirlər. Belə əməliyyatın qiyməti 200-350 dollardır. Bir çox qadınlar belə ağrılı əməliyyatlara rüsvay olmaq qorxusundan gedirlər. Lakin əksəriyyət öz ailəsini qonşu və qohumların ittihamlarına hədəf edəcəyindən çəkinir. Ənənəvi cəmiyyətdə ictimai rəy hələ də böyük nüfuza malikdir.

Tacikistanda bakirəliyin nikaha qədər qorunub saxlanması izdivacın ən vacib şərtlərindən sayılır. Bakirəlik əlamətlərinin olmaması elə toyun səhəri günü evlənənlərin boşanmasına səbəb ola bilər. Belə hallarda qadınlar və onların ailələri üçün ciddi problemlər yaranır.

19 yaşlı Qulnoranı Respublika Tibbi-Məhkəmə Ekspertizası Mərkəzinə əri və qayınatası gətirib. Üç gün bundan əvvəl onun və 27 yaşlı ərinin toyları olub. Təzəbəy və qohumları zifaf gecəsində bakirəlik əlamətləri aşkar edilmədiyinə görə bu idarəyə müraciət ediblər. Daha doğrusu, gənc ər arvadının xəyanət etdiyindən şübhələnib.

“Arvadımla mən qohumuq. Onu mənə qohumlarım tapıblar. Mən heç istəməzdim ki, buna görə ailələrimiz arasındakı münasibətlər pozulsun. Qoy həkimlər baxsınlar, əgər məsumdursa, mən ailəmi saxlayacağam. Yox, əgər onun qızlığı mənə qədər pozulubsa, onu valideynlərinə qaytaracağam. Belədə daha ədalətli olar. Arvadımın qohumları da məndən inciməzlər” – ər deyir .



Məhkəmə-tibb ekspertinin kabinetində Qulnora həkimin suallarına ərinin və kişi xeylağı olan başqa bir neçə nəfərin iştirakilə cavab verməli olur. O çox üzgün, çaşqın və qorxmuş görünür. Dəhlizdə qapının o biri tərəfində onun taleyini həll edəcək nəticəni ərinin qohumları da gözləyirlər.

“Psixoloji baxımdan bu hər hansı bir qadın üçün çox xoşagəlməz prosedurdur. Mən burda çoxdan işləyirəm və belə qızları çox müayinə etmişəm və hər dəfə də özümə belə bir sual verirəm: Biz doğrudanmı 21-ci əsrdə yaşayırıq? Zifaf gecəsində nə baş verirsə, bu iki insanın arasında olan məsələdir və bura qohumları cəlb etmək düzgün deyil. Cavanlar özləri necə hərəkət etməli olduqları barədə özləri qərar qəbul etməlidirlər”- deyir mərkəzin eksperti Fazilat Saidova.

“Gəliblər, gəlirlər və gələcəklər – bunu da Respublika Məhkəmə Tibb Ekspertizası Mərkəzinin direktor müavini Furkat Qaniyev deyir, - Adətlərimiz və mentalitetimiz budur. Əvvəllər də belə olub, indi də bu adət qalır. Daha çox toydan sonra gəlirlər, qızın “təmizliyi” sual doğuranda. Amma toya qədər müraciət edənlər də var. Hər ehtimala qarşı. Adət-ənənəyə görə yalnız qız olanla evlənmək olar, hərçənd heç bir qanunda qızlığın mütləq olması şərti göstərilmir”.


Bakirəlik kultu və seksin növləri
Qloballaşma və yüksək informasiya texnologiyaları hətta ən qapalı ölkə və cəmiyyətlərin də qapısını açır. Amma bütün bu inkişaf qadın-kişi münasibətlərinə toxunmayıb. Ənənəvi cəmiyyətdə evlənən hər iki tərəfin rolu və yeri əvvəlcədən müəyyən edilib.

Əhalisinin əksəriyyəti müsəlmanlar olan Tacikistanda da bir çox şərq ölkələrində olduğu kimi qadınların nikahdan əvvəl cinsi münasibətlərdə olmasını qadağan edən yerli və dini adətlər, başqa sözlə bakirəlik kultu var. Əslində belə qaydalara kişilər də əməl etməlidirlər. Lakin kişilərin bu qaydaları pozmasına o qədər də sərtliklə baxılmır.

“Qızlıq pərdəsinin olub-olmaması boşanmalara səbəb olur. Çox şey qadının anatomik quruluşundan və fərdiyyətindən asılıdır. Əgər adam şüurludursa, başa salmaq mümkün olur. Amma elələri də var ki, dəfələrlə ekspertiza tələb edir, nəticələrə isə inanmır” – deyir mərkəzin direktor müavini Furkat Qaniyev.

Bakirəlik haqqında arayış
Ondan bir qədər əvvəl isə ölkənin daxili işlər naziri məlumat bazası yaratmaq, ailə məcəlləsinə düzəliş etmək təklifini irəli sürmüşdü. Onun firkrincə, evlənmək istəyən gənclər gələcək həyat yoldaşlarının əvvəllər hər hansı cinayəti törədib-törətmədiyini, müxtəlif xəstəliklərdən müalicə olunub-olunmadığını bu məlumat bankından öyrənə bilərdilər.
İnsan haqqları fəalları belə tədbirləri pisləsələr də, məmurlar bunu tamamilə qanunauyğun sayırlar, çünki onların məlumatına görə, ölkədə seksual xarakterli cinayətlər, əxlaqsız davranış halları artıb. Söhbət fahişəlikdən, qadın dəllallığından, cinsi istismardan və insan alverindən gedir.

Daxili işlər naziri Ramazon Rahimzoda müvafiq orqanları Tacikistan vətəndaşlarının mənəvi simasını qorumağa çağırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar