Türkiyənin Sivas bölgəsində bir televiziya kanalında həftəsonu xəbərlərini təqdim edən aparıcı Gülsevil Karakuş öz toyunda gəlinliklə ana xəbər bültütenini aparıb.
28 yaşlı Gülsevil Karakuş və eyni telekanalın proqram rəhbəri olan 38 yaşlı Cemil Duymaz ən xoşbəxt günlərini fərqli şəkildə qeyd etmək istədilər.
Toyları həftəsonuna təsadüf etdiyindən Gülsevil Karakuş hər həftəsonu xəbərlərini tamaşaçılara təqdim etmək üçün gəlinlikdə kameralar qarısına keçib. Özü ilə bağlı iki xəbəri anons edən aparıcı, daha sonra ekranlara vida etdiyini söyləyib.
Daha sonra yene canlı yayımda nikah kəsilir. Bu sırada nikah şahidi Mecnun Serdar Güleçyüzün canlı yayında "Bu nikah kəsilə bilməz" zarafatı gülüşlərə səbəb olub. Canlı yayımda nikahın ardından xəbər bültüteni stüdiyasından birbaşa davam edib.
Toyda gəlinlikdə xəbər aparmaq fikrinin həyat yoldaşına aid olduğunu söyləyən gəlin Gülsevil Karakuş, əvvəlcə bunu bir zarafat olaraq qəbul etdiyini söyləyib: "Toyumunuz bu gün olacağı bəlli idi. Mən xəbərlərə yetişməyəcəyimi dedikdə, Cəmil bəy, "xəbərləri toydan apararsan" demişdi. Yəni təmamən onun fikri idi."