Dünənki bələdiyyə seçkilərinin nəticələri ilə bağlı məlumatlar BQP-nin seçki qərargahına yavaş-yavaş daxil olmaqdadır. Bilindiyi kimi, partiyamızın 305 təmsilçisi namizəd olaraq qeydiyyatdan keçmişdi, son məlumatlara görə, bunlardan ən azı 50 faizə yaxını ayrı-ayrı bələdiyyələrə üzv seçilmişdir.
Əksər bölgələrdən hər hansı bir şikayət daxil olmamışdır. Deyəsən, bircə Sumqayıt şəhər bələdiyyəsinə seçkilər icra başçısı Eldar Əzizovun sahibkarların canını boğazına yığıb ildə bir dəfə hazırlatdığı bir kilometrlik torta oxşayıb. Əlinə nə keçibsə, bu tortun, yəni seçkinin içinə qatıblar.
Bələdiyyələrə marağın artması üçün mütləq səlahiyyətlərinin genişləndirilməsinə zərurət var. Əslində insanların çoxu yerli özünüidarə sistemində çalışmağa maraqlıdırlar. Gerçək özünüidarə olarsa, lokal səviyyədə problemlərin həllinə daha tez nail olmaq mümkündür.