Təcavüzə məruz qalan 9 yaşlı oğlan: “Sənin bu etdiklərini atama, əmimə danışacam”

24-12-2014, 17:21   

Bu ilin aprel ayında 9 yaşlı oğlan uşağına cinsi təcavüz etmiş 23 yaşlı gəncə ağır cəza verilib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aprelin 6-da atası Yolcu Aydının iş yerinə yemək aparan, Ziya Gökalp orta məktəbinin 3-cü sinif şagirdi Mert Aydının cəsədi bir gün sonra Qarsın mərkəzindən 5 kilometr uzaqlıqda yerləşən Qaradağ zibilliyində tapılıb.

Boğularaq öldürülən uşağın qatilini tapmaq məqsədilə polis əməkdaşları ətrafdakı təhlükəsizlik kameralarını incələyiblər. Araşdırmalara zamanı bəlli olub ki, 9 yaşlı Mert ən son atasının iş yerində tanış olduğu, avtomobil ehtiyat hissələri satışı ilə məşğul 23 yaşlı Aykut B.-nin qırmızı rəngli, 36 AV 079 dövlət nömrə nişanlı avtomobilinə minib. Aprelin 12-də yaxalanan Aykut B. Ərzurum H Tipli Cəzaevinə yerləşdirilib.

Polisin təhdiqatı nəticəsində məlum olub ki, 23 yaşlı gənc 9 yaşlı oğlana cinsi təcavüz etdikdən sonra onu boğaraq qətlə yetirib. Bu səbəbdən də prokurorluq məhkəmədən ona ən ağır cəzanın – ömürlük həbs verilməsini xahiş edib.

Qeyd edək ki, Ərzurum 1-ci Ağır Cəza Məhkəməsində baş tutmuş proses zamanı Türk Cəza Qanununun 82/1, 103/2, 103/4 maddələri ilə ittiham olunan Aykut B.-yə azyaşlı uşağı xüsusi amansızlıqla qətlə yetirdiyinə görə ciddi rejimli cəzaçəkmə müəssisəsində ömürlük, cinsi istismara görə 21 il, Merti məcburi qaydada azadlıqdan məhrum etdiyinə görə isə 15 il həbs cəzası verilib.

Məhkəmə istintaqı zamanı prokuror iddianaməni elan edib. Məlum olub ki, Aykut ifadəsində Merti öncədən tanıdığını qeyd edib: «Onunla alış-veriş zamanı tanış olmuşam. Digor bazarında gəzərkən onu gördüm. Əlimdə olan 36 AV 079 dövlət nömrə nişanlı avtomobilin açarı ilə maraqlandı. Məndən onu evlərinə aparmağımı xahiş etdi. Bir qədər sonra o, «Mənə maşını sürməyə icazə verərsənmi?» deyə sual verdi. Etiraz etmədim. Mert bir müddət maşını sürdükdən sonra onu tez evə aparmağımı istədi. Cavabında ona sillə vurdum. Yol kənarında tapdığım iplə bir müddət onun boğazını sıxıb saxladım. Merti zibilliyin yaxınlığında buraxdıqdan sonra oranı tərk etdim. Maşına yanacaq vurub dərhal Ərzuruma getdim».
Törətdiyi cinayəti etiraf edən Aykut ifadəsində bildirib ki, o, 9 yaşlı uşağa təcavüz etdikdən sonra Mert onu hədələyib: «Avtomobilin içində ona təcavüz etdim. Mert bir qədər sonra «Sənin bu etdiklərini atama, əmimə danışacaq» deyə məni hədələdi. Bundan sonra onu öldürmək qərarına gəldim».

İddianaməyə görə, mərhum Mertin üzərindən götürülən DNT Aykut B.-dən alınan DNT ilə uyğunluq təşkil edib.

Vazeh
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar