İtən təyyarə ilə bağlı daha bir yalan

4-05-2014, 15:42   
İtən təyyarə ilə bağlı daha bir yalan
Malayziya polisi bu ölkənin martın 8-də yoxa çıxan və hələ də tapılmayan təyyarəsi ilə bağlı Britaniya mətbuatında yayılan xəbəri yalan adlandırıb.

Britaniya KİV-ləri Malayziyada həbs edilən islamçıların “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boeing”in yoxa çıxmasında əlinin olduğunu bildirirdi.

Malayziya polisinin baş inspektoru Xəlil Əbu-Bəkər mayın 4-də “The Star” qəzetinə açıqlamasında Britaniya KİV-nin yaydığı xəbərləri cəfəngiyat adlandıraraq deyib ki, həbs edilən islamçıların təyyarənin itməsinə heç bir aidiyyəti yoxdur.

Yada salaq ki, Britaniyanın “Daily Mail” qəzeti Malayziyada həbs olunan 11 islamçının laynerin itməsi ilə bağlı sorğu-sual edildiyini, terrorçuluqda şübhəli sayıldığını bildirmişdi.

Bu il martın 8-də Kuala-Lumpurdan Pekinə uçan “Boeing-777” təyyarəsi naməlum səbəblərdən əvvəlcə marşrutunu dəyişib, sonra isə radarlardan itib. Təyyarədə 239 sərnişin və 12 heyət üzvü olub. Ekspertlər təyyarənin Hind okeanı üzərində qəzaya uğradığını ehtimal edirlər. Bütövlükdə isə bu müddət ərzində təyyarə ilə bağlı xeyli sayda ehtimal və fərziyyələr, şayiələr yayılıb. Amma onların heç biri özünü doğrultmayıb.

Təyyarənin axtarışları iki aya yaxındır davam etsə də ortada heç bir nəticə yoxdur. “Malaysia Airlines” şirkəti martın 24-də bütün sərnişinlərin və heyət üzlərinin həlak olduğunu bəyan etdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.