Dünən ilin ən dəbdəbəli toy məclisi baş tutdu.
Məlumat görə, aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun toy gününə ən yaxınları yığışıb. "Kempinski" oteldə baş tutan toy məclisində gəlin və bəy zala daxil olmamış, onları gözləyən media əhli ilə görüşüb. Gəldikləri üçün media nümayəndələrinə təşəkkür edən cütlük xeyli həyəcanlı görünüb: “Çox sağolun. Gəldiyiniz üçün, hər birinizə ayrı-ayrılıqda təşəkkür edirik. Bu nə serialdır, nə kinodur. Düzdü çoxu inanmırdı bu birliyimizə. Bu məclisə istəmirəm toy adı verilsin. Əslində görürsüz əynimdəki paltar da tam olaraq gəlinlik deyil. Bu məclisi tərtib etdik ki, sadəcə bizə doğma, yaxın, əziz olan ailəmizi, dostlarımızı bir araya toplayaq. Sabaha etibar yoxdu, həyatdı hər şey ola bilər”.
Məclisi aparıcı Murad Dadaşov açıq elan edib. Daha sonra Natiq ritm qrupu başlanğıc edib. Xoşqədəm Hidayətqızının atası, Doğuşun anası xeyir-dualarını əsirgəməyiblər. Əməkdar artistlər Cavanşir Məmmədov və Firuzə İbadova toyda maraqlı ifalar nümayiş etdirib. Toyu bütünlükdə Cavanşir Məmmədov idarə edib. Xalq artisti Faiq Ağayev isə gözəl ifası ilə toya şuxluq gətirib, hər kəsi rəqsə dəvət edən xalq artisti özü də gəlin və bəylə rəqs edib.
Daha sonra Xoşqədəm Hidayətqızı gələn qonaqlara təşəkkür edib və bu günə kimi onun yanında olan dostlarına təşəkkür edib. Xeyir işində Ulu Öndər Heydər Əliyevi yad edən aparıcı hisslərini dilə gətirərək kövrəlib: “ Bilirsiniz, mən bəlkə də Xoşqədəm Hidayətqızı olmazdım dahi öndər olmasaydı. Bugünkü uğurlara imza ata bilməzdim. Gələn hər kəsə təşəkkürümü bildirirəm”. Doğuş bəy də gələnləri salamlayıb və ailə üzvlərinə təşəkkür edib.
Gecənin maraqlı anları isə Doğuş bəyin sevdiyi xanımın qarşısında diz çöküb, ona sevgisni bir daha etiraf etməsi olub. Birlikdə duet ifa edən cütlük çox xoşbəxt görünüblər.//ATVxəbər.az [media=https://www.youtube.com/watch?v=HREFsDe4gGM]