ABŞ-da bir neçə il öncə sənaye şirkətlərində çalışan və İrana məlumat sızdıran İran əsilli mühəndis həbs olunub. Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Müzəffər Kaze adlı casusun ABŞ-ın F-35 döyüş təyyarəsinin proqramı haqqındakı ən ciddi məlumatları İrana ötürdüyü, tutulduqdan sonra isə əməlini etiraf etdiyi açıqlanıb. 60 yaşlı mühəndisi casusluq əməlinə görə 20 ilə yaxın cəza gözləyir. Məhkəmə hökmü 20 may tarixində oxunacaq. Qeyd edək ki, Müzəffər Kaze yanvarın 9-da ABŞ-dan Almaniyaya, oradan da İrana keçmək istəyərkən Nevark hava limanında FTB (Federal Təhqiqat Bürosu) tərəfindən saxlanılıb.