4 yaşlı xəstə qız "ərə getdi"- Video

20-07-2015, 14:05   

ABŞ-ın Nyu-York şəhərində yaşayan 4 yaşlı Ebbi Holl ağır xəstədir. O, leykemiyanın formalarından olan kəskin limfoblas leykoza mübtəladır.


"Qafqazinfo" milli.az-a istinadən xəbər verir ki, hospitalda müalicə olunan balaca Ebbi sanitar Mett Hiklinqi çox sevir. Uşaq Mettə o qədər mehr salıb ki, axırda ona "ərə getmək" qərarına gəlib.

"Ana, Mettlə toyumuzun olmasını istəyirəm", - Ebbi anasına belə deyib.

Ebbinin anası da ölümcül xəstə olan qızının istəyinin sadəcə, körpə şüurunun arzusu olduğunun fərqinə vardığından Mettə zəng vurub. Mett də razılaşıb və xəstəxanada "toy" olub.

"Çox ağır xəstə olan Ebbiyə belə dəstək vermək, onun könlünü xoş etmək mənim üçün önəmlidir. Ebbini qızım təki sevirəm və onun arzusunun çin olmasını istəyirəm. Tanrıya dua edirəm ki, bu zarafat, şən "toy" nə zamansa gerçək olsun və Ebbi böyüsün, sevdiyi oğlanla ailə qursun", - Mett Hiklinq söyləyib.
[media=https://www.youtube.com/watch?v=D99PMMQlgoo]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar