İŞİD terror təşkilatının İsrail istehsallı pilotsuz təyyarələrdən istifadə etdiyi ortaya çıxıb. Axar.az xəbər verir ki, bu barədə məlumatı İraq ordusu yayıb. Ordu rəsmilərinin sözlərinə görə, Fəlluca şəhəri yaxınlığında terrorçulara məxsus pilotsuz təyyarə məhv edilib. Təyyarə qalıqları üzərində aparılan araşıdrma zamanı texnikanın İsrailə məxsus olduğu aydınlaşıb.