Bakıda yerləşən məşhur istirahət və əyləncə mərkəzlərindən birində kütləvi dava baş verib.
Bu barədə Report-a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.
Belə ki, 1995-ci il təvəllüdlü Leyla Məmmədova Novxanı qəsəbəsi ərazisində yerləşən “AquaPark” istirahət və əyləncə mərkəzində tanımadığı 3 nəfər oğlan tərəfindən döyüldüyü barədə polisə şikayət edib.
Hadisə ilə bağlı Biəqədi RPİ-də araşdırma başlanılıb.
L.Məmmədovaya qarşı xuiqanlıq edən şəxslərin axtarışları davam etdirilir.