Saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsində ana olandan sonra azadlığa buraxılan Lamiyə Quliyeva keçmiş nişanlısı Vüqar Əliyevin əfv edilməməsinin səbəbi haqda status paylaşıb. Keçmiş məhkum facebook divarında yazıb: “Siz inanırsız ki, mənim keçmiş nişanlımı ölkə başçısı əfv etmək istəyirdi, ancaq ona Aslan Aslanovun yüksək vəzifədə işləyən yaxınları imkan vermədilər, bir insanın gunahı olmadan diri-diri basdırıblar, budu ədalətli hökumətimiz?”
L.Quliyeva həbsdən çıxandan sonra ona və keçmiş nişanlısına qarşı itihamların da saxtalaşdırıldığını bəyan edib. O deyib ki, Şəmkirin keçmiş icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlu Ruslan Aslanovu onun namusuna toxunduğuna görə öldürüblər. Sonradan isə ittihamda saxtakarlığa yol verilərək qətlin guya torpaq mübahisəsinə görə baş verməsi yazılıb.
Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında, o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, 15 yaşında həbs olunan məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi.
/etatist.com/