İranın şimalında Mazandaran əyalətində 2 gündür davam edən aramsız yağışlar böyük fəsadlar törədib.
ANS PRESS-in məlumatına görə, güclü yağışlar nəticəsində dərə kənarında olan bəzi evlərin təməli boşalıb. Təməli boşalan binanı sel suları aparıb.
Əvvəlcədən müvafiq qurumların xəbərdarlığı əsasında evlərini tərk edən sakinlər canlarını xəsarətsiz qurtara biliblər. Selin binanı aparmağı kameralar tərəfindən görüntülənib.