Qızları qaçırmasınlar deyə onları bu hala salırdılar - fotolar

22-07-2015, 22:18   

Hindistanın Arunaçal-Pradeş ştatında "apatani" adlı 26 min əhalisi olan qəbilə yaşayır.

Onlar "Doni-Polo" ("Günəş-Ay") adlı dinə sitayiş edirlər. Onların fərqli cəhəti isə üzlərindəki tatular və burunlarının üstündəki tıxacdır.

Rəvayətə görə, elin ağsaqqalları qonşu qəbilələrin kişilərinin öz gözəgəlimli, ərə getməyə namizəd olan qadınlarının oğurlanmasının qarşısını məhz bu formada alırmışlar.

Apatanili kişilər qızlarını məcbur edirmişlər ki, alınlarına döymə vursunlar, burunlarını deşsinlər və həmin açıq yerlərə yerli dildə "Yaping Hullo" adlanan qara tıxac salsınlar. Eybəcər hala düşdükdən sonra başqa qəbilələr bu qızları qaçırmaqdan imtina ediblər.

Bu adət 1970-ci illərə kimi davam edib. Amma həmin dövrün sonuncu nümayəndələri hələ də sağdır. Fotoqraf Sezar Vışinski apatani qadınlarının şəklini çəkərək dünyaya tanıdıb.

Axşam.az Rusiya mediasına istinadən həmin fotoları təqdim edir.









Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar