Odessa qubernatoru Mixail Saakaşvilinin Moldova baş naziri olacağı iddia edilir. Axar.az xəbər verir ki, bu barədə moldovalı siyasətçi Bels Renato çıxış edib. Renato iddia edir ki, Saakaşvili baş nazir postuna namizəd olacaq. Saakaşvilinin moldovalı yüksək səviyyəli məmurlarla da bu barədə müzakirələr apardığı qeyd edilib. Hətta məsələ ilə bağlı Ukrayna Prezidenti Pyotr Poroşenkodan razılıq alındığı da bildirilir.