Terrorçular İstanbulda yerləşən “Star” qəzetinin redaksiyasına saatla işləyən bomba göndəriblər. Axar.az xəbər verir ki, paketdə bomba olduğunu anlayan qəzet əməkdaşları dərhal binanı boşaldıblar. Paketin üzərində “qadınların intiqamını alacağıq” yazısı ilə MLKP (Marksist-leninçi Kommunist Partiyası) terror təşkilatının emblemi və imzası olub. Bomba partlamağa bir neçə dəqiqə qalmış zərərsizləşdirilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.