Türkiyə üçün PYD yox, PKK önəmli olmalıdır.
Axar.az xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında türkiyəli general Nejat Eslen söyləyib. Onun sözlərinə görə, PKK-nın “Kürdüstan” proyekti var:
“İqdır artıq HDP-nın əlindədir. Oranı kürdləşdirməyə çalışırlar. Burada PKK-ya qarşı addımlar atılmalıdır. PKK buraya yerləşmək istəyir. Bölgədəki azərbaycanlıları köçməyə məcbur etsələr, qarşıdurma yaranacaq. Bu zaman türk dövlətinin müdaxilə etməsi gərəkəcək. İqdırda hazırda cəmiyyət kürdlər və azərbaycanlılar olmaq üzrə iki yerə bölünüb. Faktiki olaraq buranı kürdləşdirmək istəyirlər”.