ABŞ Türkiyə aviabazalarından İŞİD-ə qarşı istifadə edəcək-Rəsmi

24-07-2015, 21:37   

Türkiyə Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatları (ABŞ) arasında IŞİD-ə qarşı mübarizə mövzusunda əldə edilən razılaşma ilə bağlı məlumat yayıb.


“Qafqazinfo” Türkiyə XİN-nin rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə və ABŞ-ın birgə müdafiə, milli təhlükəsizlik üçün birlikdə düşünmə və hərəkət etmə təcrübəsinə sahib iki NATO üzvü müttəfiq olduğu vurğulanıb.

Həmçinin, ABŞ-ın rəhbərliyi altındakı koalisiya qüvvələrinə ölkənin aviabazalarından istifadə etməsinə icazə verildiyini qeyd edilib.

Bu addımların Türkiyə və Suriyada yaşayanların təhlükəsizliyinin qorunması üçün atıldığı bildirilib.

“Qafqazinfo”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar