Bakıda şəxsi münaqişə zəminində daha bir qətl hadisəsi baş verib. Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 28-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindən Bakı sakinləri Orxan Əsgərli və qardaşı Sabit kəsilmiş-deşilmiş xəsarətlərilə xəstəxanaya gətirilib. Sabit Əsgərli aldığı yaralar nəticəsində xəstəxanada ölüb. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən Bakı sakinləri Cavid İsgəndərov və Cavanşir Cəfərzadə tutulub.