3 qadın və 1 kişi insanların gözü önündə belə cəzalandırıldı – (Fotolar)

29-07-2015, 20:53   

“Sizinyol” xarici mətbuata istinadən xəbər verir ki, İndoneziyada “şəriət polisi” 3 qadın və 1 kişini İslama zidd hərəkətlərinə görə insanların gözü önündə şallaqlayıb.
İndoneziyanın Açe şəhərinin əhalisinin əksəriyyəti müsəlmandır. Bu səbəbdən də bu şəhərdə şəriət qanunları icra edilir və “şəriət polisi” hər gün şəhərdə gəzərək İslama zidd əməllərlə məşğul olan şəxsləri cəzalandırır. Polisin tətbiq etdiyi cəzalar arasında şallaqlama, həbs, cərimə və s. var.
Xatırladaq ki, son şallaqlama hadisəsindən bir neçə gün öncə də Açe şəhərində ailəli olan 40 yaşlı kişi və 25 yaşlı qadın nikahdankənar cinsi əlaqəyə girdikləri üçün cəmiyyətin gözü önündə şallaqlanmışdı.
Cəzalandırılan kişi şəhər əhalisi tərəfindən tutularaq polisə təhvil verilməzdən öncə möhkəm döyülüb və üzərinə çirkli kanalizasiya suyu tökülüb. /Sizinyol.com/





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar